KTMT-nin Moskva sammiti – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)
üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Kremldə keçirilən sammitdə açılış nitqi ilə çıxış edən Rusiya
Prezidenti Vladimir Putin budəfəki sammitin yubiley sammiti
olduğunu, 1992-ci ilin mayın 15-də Kollektiv Təhlükəsizlik
müqaviləsinin imzalandığını xatırladıb.

KTMT liderlərinin sammitin yekununda çoxtərəfli sənəd, həmçinin
təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını
imzalayacaqları bildirilib. İclasda bioloji təhlükəsizlik
məsələlərinə ayrıca diqqət ayrılacaq, hərbi əməkdaşlığın
dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla yeni
çağırışlara qarşı birgə fəaliyyət məsələlərini müzakirə edəcəkləri
planlaşdırılıb.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “KTMT-nin Moskva sammiti, Ermənistanın
təşkilatdan gözləntiləri və paytaxt İrəvandakı aksiyalar”
mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları – tarixçi İbrahim Kazimbəyli, hərbi ekspertlər
Abdullah Ağar və Ədalət Verdiyev mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: