KTMT-nin İrəvana Azərbaycanla münaqişədə yardımı…

KTMT-nin İrəvana Azərbaycanla münaqişədə yardımı…

Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə daxil deyil.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev jurnalistlərin “KTMT Ermənistana Azərbaycanla münaqişədə daha fəal və hərbi yardım göstərə bilərmi?” sualını cavablandırarkən deyib.

O bildirib ki, KTMT proseslərin nizamlanmasını ən səmimi şəkildə istəyir:

“Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, – K.Kosaçev vurğulayıb.

Teqlər: