Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi ilə KTMT-nin “Kobalt-2024” xüsusi təliminin açılış mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təlimlərdə qüvvə və vasitələrin qruplaşmaları üzrə yeni fəaliyyət formaları və üsulları, yeni silah, hərbi texnika modelləri, həmçinin PUA-lardan istifadənin taktiki üsulları sınaqdan keçiriləcək.
Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, daha öncədən İrəvanın təlimlərdə iştirak etməyəcəyi bildirilmişdi.