2023-cü ildən KTMT-nin baş katibi Qazaxıstanın Rusiyadakı keçmiş səfiri İmanqali Tasmaqambetov olacaq.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən sessiyasında çıxışı zamanı deyib.
“Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurur. Gördüyü işlərə görə ona təşəkkür etmək istəyirəm. 2023-cü ildən KTMT-nin baş katibi vəzifəsini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”, – Paşinyan bildirib.