KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü

KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü

KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, sentyabrın 15-də təşkilatın əməliyyat qrupu monitorinq missiyası məqsədilə Ermənistana gəlib.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, missiyaya KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov rəhbərlik edir.

Nümayəndə heyəti Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Erməni nazir Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı missiya üzvləri ilə müzakirə aparıb.

Bildirilib ki, qrup yaxın günlərdə Ermənistan Baş Qərargahında və hərbi əməliyyatların aparıldığı ərazilərdə olacaq.

Teqlər: