KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq – Baş katib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhədyanı insident”dir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv müdafiə barədə nizamnaməsinin müddəalarına uyğun deyil.

AzerTimes-ın məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

O bildirib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında istifadə oluna bilər:

“Burada isə biz sərhədyanı insidentlə üz-üzəyik, Atışma yoxdur, qurbanlar olmayıb, eskalasiya müşahidə olunmur. Bu, sərhədyanı insidentdir və onu həll etmək lazımdır. Biz dinc yolla həllin tərəfdarıyıq”.

Teqlər: