Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər bir şeydən söhbət getmirdi. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb qoyur”, – Simonyan bildirib.