İndiki mərhələdə Ermənistanın KTMT-də iştirakını dondurmaq qərarı kifayətdir, lakin bu o demək deyil ki, İrəvan gələcəkdə fərqli qərar qəbul etməyi istisna edir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan şənbə günü keçirdiyi mətbuat konfransında deyib.
“Müzakirə mümkündür, kimsə deyəcək ki, dondurmaq kifayətdir, kimsə deyəcək ki, yox. Amma baxmaq lazımdır ki, kimin onu dəyərləndirmək üçün hansı səlahiyyəti var. Mən bütün nöqteyi-nəzərlərə hörmətlə yanaşıram, lakin biz verdiyimiz qərarı verdik”, – deyə baş nazir əlavə edib.