KTMT Baş katibi Stanislav Zasla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Mətbuat katibi qeyd edib ki, təşkilatın cari fəaliyyəti və inkişafı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. KTMT-nin məsuliyyət zonasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Zas Lavrova KTMT-nin nizamnamə orqanlarının iclaslarına hazırlıq və Kollektiv Təhlükəsizlik Şurasının tapşırıqlarının yerinə yetirilməsi barədə məlumat verib.