KTMT Azərbaycana yaşıl işıq yandırdı – Karapetyan

KTMT Azərbaycana yaşıl işıq yandırdı – Karapetyan

KTMT hərbi-siyasi birlik olaraq hansı zonanı qorumağa borclu olduğunu dəqiqləşdirməkdən imtina edib. Bu, İrəvanın, xüsusən də KTMT-yə “Ermənistanı hansı sərhədlərdə tanıyırsınız?” sualını verən Nikol Paşinyana cavab addımı idi.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq David Karapetyan deyib.

“KTMT çox diplomatik cavab verdi. Buradan belə nəticəyə gəlmək olar ki, KTMT Ermənistanın Azərbaycanla qarşılıqlı razılaşdırılmış sərhəd xətti olduqda müdafiə olunacaq sərhədləri tanıyacağını açıq şəkildə bildirib. Biz diplomatik və çətin cavab aldıq. İndiki hakimiyyət KTMT ilə bu söhbəti davam etdirmək istəyirsə, reaksiya verməlidir. Bu bəyanat həm də Azərbaycan üçün yaşıl işıqdır, çünki KTMT faktiki olaraq Ermənistanın sərhədlərini necə tanıdığını deməyib. Belə olan halda KTMT bütün məsuliyyəti Ermənistanın hazırkı hakimiyyətinin üzərinə qoydu. O ki qaldı ehtimal olunan hərbi eskalasiya zamanı KTMT-dən kömək gözləməli olub-olmamağımıza, hüquqa uyğun olaraq düzgün müraciət təqdim etsək, KTMT-dən kömək alacağıq. Ancaq mövcud vəziyyətdə münasibətlərdə açıq-aşkar böhran olduğundan bu suala heç kim dəqiq cavab verə bilməz. Belarus prezidenti bu suala vaxtında cavab verib və açıq şəkildə bildirib ki, hər halda Azərbaycan onların qardaş ölkəsidir, İlham Əliyev onların qardaşıdır, ona görə də çalışmalıdırlar ki, bu məsələlərə qarışmasınlar. Yəni Azərbaycanın timsalında bu strukturun bir istisnası var. Ermənistan bu struktura böhran zamanı gəlib öz missiyalarını yerinə yetirmələri üçün nə qədər düzgün şəkildə müraciət etsə də, KTMT-nin gəlməsini, yardım etməsini gözləmirəm”, – o bildirib.

Teqlər: