KTMT 2024-də türk ölkələrində təlim keçirəcək

KTMT 2024-də türk ölkələrində təlim keçirəcək

2024-cü ildə KTMT Qırğızıstan, Tacikistan və Qazaxıstanda bir neçə birgə təlim keçirəcək.

AzerTimes xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.

“Qazaxıstan ərazisində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq-2024”, Qırğızıstanda “Qarşılıqlı əlaqə-2024” komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır.

Bu il birgə təlimin əsas fəaliyyət istiqamətləri arasında sentyabr-oktyabr aylarında Qırğızıstan ərazisində Mərkəzi Asiya kollektiv təhlükəsizlik regionunda KTMT-nin kollektiv çevik reaksiya qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2024”, kəşfiyyat vasitələri ilə “Axtarış-2024”, KTMT qoşunlarının maddi-texniki təminatının qüvvə və vasitələri ilə “Eşelon-2024” adlı xüsusi təlimlər keçiriləcək” – o bildirib.

Serdyukovun sözlərinə görə, Tacikistanda KTMT-nin “Sərhəd-2024” təlimləri də nəzərdə tutulub.

Teqlər: