Kseniya Sobçak piket zamanı polis tərəfindən saxlanıldı

Kseniya Sobçak piket zamanı polis tərəfindən saxlanıldı

Televiziya aparıcısı Kseniya Sobçak Moskvanın Lubyanka meydanındakı FSB (Rusiya Federal Təhlükəzislik Xidməti) binası yaxınlığında saxlanılıb.

Hadisə dövlətə xəyanətdə şübhəli bilinən Roskosmos’un baş direktorunun müşaviri İvan Safronova dəstək piketi zamanı baş verib.

“Mən sadəcə qısaqol köynək geyinərək piketə gəldim və xəbər üçün material hazırlayırdım”,-deyə Sobçak öz Teleqram kanalında bildirib.

O, həmçinin tutulduğu anın videosunu da kanalında yayımlayıb. Sobçakın geyindiyi köynəyin üzərinə “İvan Safronova azadlıq” sözlərinin yazıldığı bildirilib.

Qeyd edək ki, İvan Safronov Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək FSB əməkdaşları tərəfindən tutulub. Onu 20 ilə qədər həbs cəzasının gözlədiyi bildirilib.