“Krokus Siti Holl” kompleksinin yuxarı mərtəbələri demək olar ki, tamamilə yanıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri xəbər verir.
Yanğının aşağı mərtəbələrə çatdığı bildirilir.
Qeyd edək ki, “Krokus Siti Holl”da konsert zamanı terror aktı baş verib. İlkin məlumata görə, avtomatla silahlanmış 5 terrorçu giriş qapısından atəş aça-aça binaya daxil olub və qarşılarına çıxanı öldürüblər.
FTX 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirir. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 130-u keçib.
“Krokus”da teraktdan sonra partlayş da baş verib və binada güclü yanğın davam edir. “Maş” Teleqram kanalı yanğın sahəsinin 12 900 kvadratmetr olduğunu bildirir. Fövqəladə Hallar Nazirliyi həm yerdən, həm də havadan yanğını lokallaşdırmağa çalışır.