“Krokus”da zərərçəkənlər üçün 1 milyard yardım toplandı

“Krokus”da zərərçəkənlər üçün 1 milyard yardım toplandı

“Biz birlikdəyik” hərəkatı “Krokus Siti Holl”da törədilmiş terror aktı nəticəsində həlak olanların və yaralananların ailələrinə ünvanlı yardım üçün 1 milyard rubl toplayıb.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Prezidenti Vladimir Putin rəhbərliyi ilə teraktla bağlı keçirilən onlayn toplantıda deyib.

“Martın 23-də “Biz birlikdəyik” hərəkatı terror aktı zamanı həlak olanların və yaralananların ailələrinə ünvanlı yardım üçün ianə aksiyası başladı. Hazırda toplanan vəsaitin həcmi 1 milyard rubla yaxındır”, – o bildirib.

Teqlər: