“Krokus”da terror aktı nəticəsində 84 nəfərin cəsədinin kimliyi müəyyən olunub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Hazırda ölənlərin 84-nün, o cümlədən yaşı 9-16 olan beş nəfərin meyitinin kimliyi müəyyənləşdirilib. Faciənin digər qurbanlarının şəxsiyyətlərini müəyyənləşdirmək üçün molekulyar-genetik müayinələr aparılır”, – məlumatda bildirilib.
İndiyədək İstintaq Komitəsinə terror aktı nəticəsində doğmalarının və ya yaxınlarının itkin düşməsi ilə bağlı zərərçəkənlərdən 143 ərizə daxil olub.