Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus Siti Holl”dakı terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya KİV-lərində məlumat yayılıb.
D.İslamov 1 ay 29 gün müddətinə həbs olunub.
Qeyd edək ki, 22 mart 2024-cü ildə baş verən terakt nəticəsində, son rəsmi açıqlamaya görə, 137 nəfər ölüb, 180 nəfər yaralanıb.