“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində yaralananların sayı 382 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. 217 zərərçəkənə ambulator yardım göstərilib”, – məlumatda deyilir.
Qeyd edək ki, 22 martda baş verən terakt nəticəsində son məlumata görə, 143 nəfər ölüb.