“Krokus” teraktı: Simonyan son anda necə xilas oldu?

“Krokus” teraktı: Simonyan son anda necə xilas oldu?

RT və “Rossiya seqodnya”nın baş redaktoru Marqarita Simonyanın “Krokus Siti Holl”da baş verən teraktla bağlı gözlənilməz etirafı yayılıb.

AzerTimes xəbər verir ki, o, terror aktının baş verdiyi axşamı “Krokus Siti Holl” şəbəkəsinə daxil olan restoranda həmkarları ilə görüş planlaşdırıbmış, lakin anlaşılmazlıq səbəbindən son anda onlar bir araya gələ bilməyiblər.

Belə ki, həmkarları “Krokus” binasında Simonyanı gözləsələr də, sonucu eyniadlı digər restorana gedib.

Lakin sonradan yanlış məkana gəldiyi anlaşılıb.

“Həmin vaxt Moskva magistralında, “Krokus” yaxınlığında idim. Lakin oraya getmək istəmirdim, çünki xeyli vaxt aparacaqdı. “Krokus”da olmalı idik, qoruyucu mələk əlbəttə var”, – deyə Simonyan bildirib.

Teqlər: