“Krokus” teraktı: Mustafayev Rusiya səfirliyinə getdi – Foto

“Krokus” teraktı: Mustafayev Rusiya səfirliyinə getdi – Foto

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.

Rusiyanın Azərbaycandakı səfirliyindən AzerTimes-a bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, martın 22-də “Krokus Siti Holl”da terror aktı baş verib. Son məlumata görə, terror aktı nəticəsində 139 nəfər ölüb.

Teqlər: