Moskvadakı “Krokus Siti Holl”a hücum edən terrorçular, ilkin məlumata görə, müxtəlif modifikasiyalı 12 mm və 410 mm çaplı “Vepr” və “Sayqa” tüfənglərindən istifadə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Şot” (SHOT) Teleqram kanalı yazıb.
“Vepr” Ukrayna istehsalı hücum silahıdır, “Sayqa” isə Rusiyada, “Kalaşnikov”un bazasında hazırlanıb.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.