ABŞ-ın Moskvadakı səfirliyi “Krokus Siti Holl”da baş vermiş terror aktı qurbanlarının xatirəsinə bayrağını endirib.
Axr.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
“ABŞ-ın Moskvadakı səfirliyi martın 22-də törədilən dəhşətli terror aktı ilə bağlı həmrəylik əlaməti olaraq bu gün bayrağını endirib”, – məlumatda qeyd olunub.