“Krokus Siti Holl”un yerində konsert zalı tikilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “RİA Novosti”yə açıqlamasında deyib.
Qeyd edək ki, “Krokus Siti Holl”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov bildirmişdi ki, zalın bərpası Andrey Vorobyovun, Prezident Vladimir Putinin və ictimaiyyətin rəyindən asılı olacaq. Onun sözlərinə görə, “Krokus” kimi konsert zalının tikintisi üçün ən azı 150 milyon dollar lazımdır.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı baş vermişdi.