Terror aktı nəticəsində “Krokus Siti Holl”a dəyən zərərin məbləği 11,4 milyard rubla çata bilər.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, təxmini məbləği Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan açıqlayıb.
“İlkin hesablamalara görə, terror aktı zamanı “Krokus”a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubl təşkil edir. Konsert zalının sahəsi 38 min kvadratmetrdir. Beləliklə, zərər 9,5-11,4 milyard rubla çata bilər” – Manasyan bildirib.
Manasyan “Krokus”un mükəmməl təchiz olunduğunu və paytaxtın ən yaxşı konsert məkanlarından biri olduğunu vurğulayıb.
O, paralel idxal vasitəsilə Rusiyaya çoxlu avadanlıq idxal edilməli olduğunu qeyd edib.
“Həmçinin zədələnmiş konsert avadanlığının bərpası tələb olunacaq”.
Ekspertlərin proqnozlarına görə, bərpa ən azı on ay çəkəcək. Amma bərpa işləri konstruksiyaya və əsas yükdaşıyıcı elementlərə heç bir ziyan aşkar edilmədikdə başlanacaq.