Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “Krokus Siti Holl”da törədilən terror aktı və İŞİD terror təşkilatının qolu olan Xorasandakı “İslam Dövləti” qruplaşması ilə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” Tacikistan güc strukturlarındakı mənbəyə istinadla məlumat verib.
Məlumata əsasən, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq, paytaxt Duşənbəyə aparılıb.