Sabah Türkiyədə milyonlarla işçinin də səbirsizliklə gözlədiyi Minimum Maaşın Təsbit Komissiyasının iclası keçiriləcək.
AzerTimes xəbər verir ki, bununla bağlı ölkə mediası məlumat yayıb.
Əmək və Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək iclasda işçiləri TÜRK-İş (Türkiyə İşçi Sindikatları Konfederasiyası), işəgötürənləri isə TİSK (Türkiyə İşəgötürənlər Sindikatları Konfederasiyası) təmsil edəcək.
Hazırda ölkədə bir işçinin minimum brut (vergi və kəsintilər olmadan maaşın miqdarı – red.) maaşı 10 min 8 lirə, ödənən maaş isə 8 min 506 lirədir. Sözügedən maaşın işçiyə ödənməsi işəgötürənlər üçün 11 min 759 lirəyə başa gəlir.
Minimum maaş miqdarının artırılması həm də işsizlik və əmək qabiliyyətini itirənlərə verilən müavinətlərə, staja görə əlavə ödəmələrə də öz təsirini göstərəcək. Qərarın iyulun 1-də qüvvəyə minəcəyi bildirilib.