Kritik informasiya ilə bağlı yeni cərimələr müəyyən edilir

Azərbaycanda kritik informasiya infrastrukturunun
təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanının
(vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona
maneçilik törədilməsinə görə cərimə müəyyənləşir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar
Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə kritik informasiya infrastrukturu obyektlərinin
təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan
qaldırılmasına dair səlahiyyətli orqanının (vəzifəli şəxsin)
tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və
kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik
insidentlərinin araşdırılması üçün səlahiyyətli orqanına (vəzifəli
şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik
törədilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək
məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə
cərimə olunacaq.

Dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul
edilib.

Teqlər: