Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
“Kəşfiyyat məlumatlarına görə, növbəti bir neçə ay – dörd, beş, altı ay – Ukraynada döyüşlər üçün kritik olacaq. Rusiya hərbçiləri taktiki uğurlara nail olacaqlar, lakin bunlar əhəmiyyətli olmayacaq”, – deyə o bildirib.