Ronaldo Real Madriddə qalır

Ronaldo Real Madriddə qalır

Kriştianu Ronaldo “Real” prezidenti Florentino Pereslə telefon əlaqəsi yaradıb.

32 yaşlı forvard klub rəhbəri ilə gələcək taleyi haqqında danışıb.

O, Peresə “Real”da qalmaq istədiyini deyib: “Dostlarımla şam yeməyində mən sadəcə vergilərlə bağlı olan problemə görə təəssüfləndiyimi bildirdim. Mənimlə cinayətkar kimi davranılmasından xoşlanmıram. Halbuki İngiltərədə olduğu kimi İspaniyada da hər zaman üzərimə düşəni etmişəm. Heç vaxt deməmişəm ki, “Real”dan ayrılmaq istəyirəm”.

Qeyd edək ki, bir müddət əvvəl portuqaliyalı ulduzun Madrid klubundan ayrılmaq istədiyi iddia edilmiş, meneceri Mino Rayola da bu xəbərləri təsdiqləmişdi.