Kriptovalyuta, yaxud bitcoin – elektron valyutadır.
İqtisadçılar bu rəqəmsal valyuta haqqında fikirləri birmənalı deyil. Bəzilərinə görə, bitcoin – xüsusiyyətləri iqtisadiyyatda əla alət ola biləcək unikal desentralizə olunmuş fenomendir. Digərləri isə ehtiyat edir: valyutanın buraxılmasını heç cür izləmək mümkün deyil, onu idarə etmək olmur və bu geniş miqyaslı təhlükəli maliyyə piramidalarına gətirib çıxara bilər.
Kriptovalyutadan istifadə edilməsinin bir sıra müsbət cəhətləri olduğu kimi, bu rəqəmsal valyutaya xas bəzi mənfi xüsusiyyətlər də istisna deyil:
Anonimlik. Əməliyyatların vergi ödəyiciləri üçün “kölgədə” həyata keçirilməsi vergi ödənilməsi üçün əlavə xərclərdən qaçmağa imkan verir. Digər tərəfdən isə, birjanın müflis olması və yaxud ən kiçik xaker hücumu zamanı bütün əmanətləri itirmək olar. Bitcoin valyutasının bu xüsusiyyətləri onu dövlət üçün iqtisadiyyatın tam tənzimlənməsi üçün əsas maneə edir.
Bu valyutanın mərkəzi tənzimləyicisi və emitenti yoxdur. Bu fakt kriptovalyutaya etibar etməmək üçün bir səbəbdir. Belə ki, “fors major” halında vəziyyətin tənzimlənməsi üçün müraciət ediləcək kimsə yoxdur.
Kriptovalyutaların əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onun dəyərinə yalnızca zəruri hesablayıcı güc daxildir ki, o da öz növbəsində bitcoin valyutanın özünü yaradır. Bu isə o deməkdir ki, bu valyutanın zəmanəti yoxdur.
Kriptovalyuta tam olaraq inflyasiyadan qorunub. Çünki, bitkoin – mahiyyət etibarilə məhdud emissiya ilə deflyasiya xarakterli valyutadır. Bu isə o deməkdir ki, valyuta yalnızca qiymətdə artır ki, bu da zamanla artan spekulyativ gəlirə gətirib çıxarır.
Kriptovalyutanın məzənnəsi sabit deyil. Bu məzənnə qlobal amillər səbəbindən dəyişə bilər. Məsələn, müxtəlif ölkələrin rəhbərlərinin və yaxud ölkə qruplarının bəyənatları, kriptovalyuta ilə spekulyasiya edən birjaların müflis olması və s. Bundan əlavə, bitkoinin “ictimai” şirkət olmasına baxmayaraq, bu onun təhlükəsizliyini təmin etmir.
Tranzaksiyalar hər hansı komissiya haqqı tələb etmir. Bu isə banklar və ümumilikdə maliyyə sistemi üçün itkidir.