Krımın kurort şəhəri Aluşta yüksək gərginlikli xətlərdə baş vermiş qəzaya görə tamamilə işıqsız qalıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Qalina Oqneva bildirib.
“Yalta yaxınlığında yüksək gərginlikli xətlərdə qəza baş verib” – deyə, o, öz Teleqram kanalında yazıb.
Qeyd edilir ki, anomal istilər səbəbindən elektrik sistemində tez-tez qəza halları baş verir.