Rus ordusunun Berdyanskdakı qərargahına endirilən zərbələr nəticəsində general-leytenant Oleq Tsokovla birlikdə 382-ci əlahiddə dəniz piyadaları batalyonunun keçmiş komandiri, polkovnik-leytenant Aleksandr Qorin də məhv edilib.
AzerTimes xəbər verir ki, Qorinin ölümü barədə məlumatı Rusiyadakı “Sputnik” veteranlar asosiasiyası yayıb.
Məlumatda Qorinin iyulun 14-də öldüyü bildirilib.
Lakin ukraynalı hərbi jurnalist Denis Kazanski onun iyulun 11-də general Tsokovla birlikdə məhv edildiyini qeyd edib.
Qeyd edək ki, Aleksandr Qorinin rəhbərlik etdiyi batalyon 2014-cü ildə Krımın işğalında iştirak edib.