Krımı geri qaytarmaq üçün hər şey edəcəm

Krımı geri qaytarmaq üçün hər şey edəcəm

Regionda sabit sülhə nail olmaq üçün Krımın Ukraynanın bir hissəsi kimi tanınması vacibdir.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron bunun üçün hər şeyi edəcəyinə söz verib:

“Biz Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün əlimizdən gələni edirik, çünki Ukraynanın suverenliyi və Krım da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıdışı olmadan davamlı sülh ola bilməz. Rusiyanın Ukrayna müharibəsində uğur qazanması Avropada inamın itməsinə gətirib çıxaracaq. Rusiya hazırda Fransanın düşmənidir, lakin biz rus xalqına qarşı müharibə aparmırıq, Ukraynanı dəstəkləməyə davam edirik”.

Teqlər: