Krımı azad etmək üçün silahlarımız yoxdur – Seleznev

Krımı azad etmək üçün silahlarımız yoxdur – Seleznev

Ehtimal ki, ukraynalı hərbçilər yayın sonuna, hətta Milad bayramına qədər Krımı azad edə bilməyəcəklər. Bunun üçün Müdafiə Qüvvələrinin yetərli silahı yoxdur.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.

“Hazırda Ukrayna cəmiyyətində Krımın işğaldan azad edilməsi mövzusu çox gündəmdədir. Bu ilin mayında general Budanov və Ben Hocesin açıqlamaları dəfələrlə müzakirə olunub. Onlar avqustun sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin Krıma daxil olacağını bildiriblər. Ancaq vəziyyətə baxsaq, çətin ki, bu baş tutsun”, – Seleznev bildirib.

Seleznev qeyd edib ki, Krımın işğaldan azad edilməsi üçün Ukraynaya uzaqmənzilli raketlər, eləcə də müasir döyüş təyyarələri lazımdır:

“Ukrayna müdafiəçiləri bu vasitələrdən istifadə illə Kerç körpüsünü, sonra isə Rusiyanın digər hərbi obyektlərini dağıda bilərlər”.

Teqlər: