Krımdakı “Saki” aerodromundakı partlayış nəticəsində azı 60 nəfər ölüb, pilotlar və mülki şəxslər də daxil olmaqla 100-dən çox şəxs yaralanıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
Onun sözlərinə görə, aerodromun bərpa olunması üçün ən azı bir il vaxt lazımdır.