Krımda yunan mədəniyyətinə aid abidələr tapıldı

Krımda yunan mədəniyyətinə aid abidələr tapıldı

Rusiyanın “BelSU” Milli Tədqiqat Universitetinin arxeoloqları Kerç yaxınlığında aparılan qazıntılar zamanı qədim qala divarları, keramika emalatxanası, taxıl anbarı və Bosfor krallığına aid bir sıra artefaktlar aşkar edib.

AzerTimes xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Arxeoloji tapıntıların yunan mədəniyyətinə aid olduğu güman edilir.

“Ən maraqlı material Çokrak gölünün yaxınlığından tapılmış, eni təxminən 2,8 metr olan müdafiə divarıdır. Burada çoxlu keramika parçaları, o cümlədən, amfora tutacaqları, terakota heykəlcik parçası və qablar tapılıb”, – arxeoloji qrupun rəhbəri Yelena Semiçeva bildirib.

Teqlər: