Krımda Ukraynaya işləyən iki qadın tutuldu

Krımda Ukraynaya işləyən iki qadın tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopolda Ukrayna kəşfiyyatına hərbi obyektlər haqqında məlumat ötürən iki rusiyalı qadını saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə FTX-nin yaydığı məlumatda qeyd olunub.

Hər iki şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla konfidensial əsaslarla əməkdaşlıq) maddəsi ilə şübhəli bilinir.

Teqlər: