Rusiyanın işğalı altında olan Krımda Ukraynayönümlü əhval-ruhiyyə güclənib. Yarımadada insanlar bəzi tədbirlər zamanı Ukrayna lehinə şüarlar səsləndirirlər.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Krım rəhbəri Aksyonov videomüraciət yayıb.
O, ukraynayönlü mövqedə olan insanları həbsxana ilə hədələyib:
“İnformasiya məkanında Krımda keçirilən ictimai tədbirlərdən videolar yayılır. İştirakçılar Ukraynayönümlü şüarlar səsləndirir, millətçi mahnılar oxuyurlar. Hesab edirəm ki, bu cür əyləncələrin təşkilatçıları da, iştirakçıları da məsuliyyətə cəlb edilməli, tutduqları vəzifələrdən azad edilməli və digər tədbirlər görülməlidir. Ukrayna rejimini dəstəkləyənlərin çox sevdikləri ölkəyə getməsi rasional və məntiqli olardı”.