Krımda Rusiya zabitini öldürən şəxslər saxlanıldı

Krımda Rusiya zabitini öldürən şəxslər saxlanıldı

Krımda Qara dəniz donanmasının yüksək rütbəli zabiti Valeri Trankovskinin Ukrayna təhlükəsizlik xidmətinin göstərişi ilə qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“2024-cü il noyabrın 13-də Sevastopolda Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Rusiya Federasiyası Qara Dəniz Donanmasının Azov dəniz bölgəsi komandirinin birinci müavini, 1-ci dərəcəli kapitan Valeri Nikolayeviç Trankovskinin avtomobilini partladıb, həyatına son qoyan iki Rusiya vətəndaşı saxlanılıb”, – məlumatda deyilib.

Qeyd olunur ki, zabiti 1986-cı il təvəllüdlü Sevastopol sakini izləyib. Qadın onun harada yaşadığını, hansı nəqliyyat və marşrutlardan istifadə etdiyini müəyyənləşdirib. Partlayıcı qurğu 1977-ci il təvəllüdlü Yalta sakini tərəfindən yığılıb, yerləşdirilib və uzaqdan partladılıb. Komponentlər ona kuratorları tərəfindən gizli şəkildə verilib. Axtarış zamanı təhlükəsizlik qüvvələri trotil ekvivalentində 1,2 kiloqram partlayıcı maddə olan daha bir əldəqayırma partlayıcı qurğu tapıblar.

Müəyyən edilib ki, partlayışı Ukrayna Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin 5-ci İdarəsinin rəisi, polkovnik Yuri Murilyov təşkil edib.

Teqlər: