Krımda raket təhlükəsi elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Krımski veter” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Sevastopolun hərbi hissələrində hava hücumu siqnalı işə salınıb:
“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb, işğalçılar Sevastopolda dəniz ictimai nəqliyyatının da fəaliyyətini dayandırıblar”.