Rusiya FTX-si Krımda Ukrayna kəşfiyyatınının casusu olan və Xersonda casusluq edən qadının saxlanma videosunu nümayiş etdirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi video məlumat yayıb.
Məlumata görə, qadın Ukrayna Təhlükəsizlik Xidmətinə Rusiya qüvvələri haqqında məlumat ötürüb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə cinayət işi başladılıb. Maddə 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.