Hazırda Krımda Fiolent burnu yaxınlığında ardıcıl partlayışlar baş verir.
AzerTimes xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin keçmiş müavini Anton Qeraşenko özünün rəsmi “Pravda Gerashchenko” Teleqram kanalında məlumat yayıb.
Qeraşenko yerli mənbənin bununla bağlı görüntü paylaşdığını bildirib.
Qeyd edək ki , Fiolent burnu Krım yarımadasında xüsusi strateji əhəmiyyət kəsb edir. Burun Sevastopoldan Balaklavaya qədər on kilometr uzunluğunda məsafəni əhatə edir.