Krıma zərbə: Rusiyaya milyardlarla dollar zərər dəydi

Krıma zərbə: Rusiyaya milyardlarla dollar zərər dəydi

Ukrayna Krıma zərbə endirməklə Rusiyaya milyardlarla dollar həcmində zərər vurub.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Pavel Narojnı deyib.

“Bu yaxınlarda vurulan gəmi təmiri zavodunun dəyəri də daxil olmaqla, ümumi iqtisadi miqyası hesablamağı düşünmürəm. Bir sualtı qayıq və bir gəmi məhv edilib, partlayışların baş verdiyi tərsanələr də zədələnib. Birmənalı şəkildə deyə bilərik ki, bu zavodun infrastrukturu pozulub. Həmçinin Moskva vilayətində Sergiyev Posad şəhərində artilleriya zavodunda partlayışı da xatırlamaq olar. Belə bir zavodu sıfırdan inşa etmək üçün milyardlarla dollar gərəkdir.

Əgər aerodromlara zərbələrdən danışsaq, o zaman burada artıq hər təyyarənin qiymətindən söhbət gedir.

Havadan müdafiə sistemlərindən, xüsusən Krımdakı S-400-dən söhbət gedirsə, o zaman onların hər biri 1,2 milyard dollaradır. Biz isə azı 2-nin məhv edildiyini bilirik”, – deyə ekspert söyləyib.

Qeyd edək ki, iki gün öncə Ukrayna PUA-ları Sevastopolda bir neçə əraziyə zərbələr endirib.

Teqlər: