Krıma PUA-larla hücum edildi

Krıma PUA-larla hücum edildi

Ötən gecə Krıma 9 PUA ilə hücum edilib.

AzerTimes xəbər verir ki, bunu Krım rəhbəri Sergey Aksyonov məlumat verib.

Məlumata görə, PUA-ların 5-i HHM vasitələri ilə vurulub, 4-ü isə radioelektron mübarizə vasitələri ilə endirilib.

Onun sözlərinə görə, vurulan PUA-lardan birinin yerə düşməsi nəticəsində Cankoy şəhərində bir neçə evin və 2 avtomobilin şüşələri sınıb.

“Yaşayış evi yaxınlığında bir ədəd partlamayan PUA tapılıb. Zərərsizləşdirmə əməliyyatından öncə 50 nəfər təxliyə olunub”.

Aksyonov gecə hücumu nəticəsində tələfat olmadığını bildirib.

Teqlər: