Krıma çoxlu sayda PUA ilə hücum təşkil olunub.
AzerTimes xəbər verir ki, bu barədə Krım rəhbərliyindən məlumat verilib.
Məlumata görə, gecə və səhər saatlarında Sevastopolda güclü partlayışlar baş verib.
Sevastopol qubernatoru Mixail Razvojayev hava hücumundan müdafiə vasitələrinin 8 PUA hücumunun qarşısını aldıqlarını bildirib.
Hazırda Sevastopol buxtasında bərə və katerlərin hərəkəti dayandırılıb.