Ötən gün axşam saatlarında Rusiyanın patrul kateri Qara dənizin cənub-qərb hissəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kateri vurub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Krım yarımadasına doğru hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz kateri aşkar edilib. Aşkar edilmiş hədəf Qara Dəniz Donanmasının patrul katerinin silahlarından istifadə edilməklə məhv edilib”, – Rusiya MN bildirib.