Krıma gedəcəyəm, amma indi yox… – Lukaşenko

Krıma gedəcəyəm, amma indi yox… – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko lazım gələcəyi təqdirdə, Krıma gedəcəyini açıqlayıb.

AzerTimes xəbər verir ki, dövlət başçısı bu barədə “İzvestiya” nəşrinə müsahibəsində deyib.

“Krım? Lazım gələrsə, gedəcəyəm. Mən qətiyyətli insanam. Lakin niyə bu gün, yaxud sabah Krıma getməliyəm?”, – deyə o bildirib.

Qeyd edək ki, Ukraynanın suveren ərazisi sayılan Krım 2014-cü ildən Rusiyanın işğalı altındadır.

Teqlər: