Krım tatarlarının evlərində axtarışlara başlandı

Krım tatarlarının evlərində axtarışlara başlandı

Bu gün səhər saatlarından etibarən Krımda Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarının evlərində axtarışlara başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov deyib.

“Səhər saat 4-dən etibarən ruslar Baxçasaray şəhəri və baxçasaray rayonunda Krım tatarların evlərində axrarışlara başlayıblar”, – Çubarv bildirib.

Onun sözlərinə görə, axtarışlar Ruslan Asanov, Seydamət Mustafayev, Rəmzi Nemətullayev, Əbdülməcid Seytumerov, Ametxan Umerov və Eldar Yaqubovun evlərində aparılıb.

Çubarovun fikrincə, bu axtarşlar avqustun 23-də Kiyevdə keçirilən Krım Platformasının üçüncü sammitinə görə Krım tatarlarından qisas almaq üçün aparılır.

Teqlər: