Krım rəhbərləri ailələrini yarımadadan çıxardı

Krım rəhbərləri ailələrini yarımadadan çıxardı

İşğal altında olan Krımın baş naziri Sergey Aksyonov və parlamentin sədri Vladimir Konstantinov ailələrini yarımadadan təxliyə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov məlumat verib.

O bildirib ki, bu məlumatı Krımdakı mənbələrdən alıb:

“Əhval-ruhiyyə (yarımadada – red.) təbii ki, fərqlidir. Çaxnaşma – siz özünüz Rusiyaya doğru böyük avtomobil axını görmüsünüz. Mənə dedilər ki, Aksyonovla Konstantinov ailələrini çıxarıblar. FSB əməkdaşları da öz adamlarını çıxarıblar. Bu yaxşı əlamətdir”.

Krım tatarlarının lideri işğalçıların qərarını son vaxtlar Rusiya hərbi bazalarında tez-tez baş verən partlayışlarla əlaqələndirib.

Teqlər: