Krım körpüsünə dünənki hücum nəticəsində nəqliyyatın hərəkəti tamamilə pozulub, Ukrayna ordusunun əks-hücum əməliyyatları zamanı ölkənin cənubundakı rus qoşunlarının maddi-texniki təminatı pisləşə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Partlayışdan sonra Rusiya Ukrayna xüsusi xidmət orqanlarını iyulun 17-də səhər körpüyə PUA zərbəsi endirməkdə ittiham edib. Nəticələrin videoçəkilişindən görünür ki, Kerç boğazı üzərindən keçən körpünün yolunun bir hissəsi dağılıb, digər hissəsi isə zədələnib, lakin toxunulmaz qalıb. Daha sonra Rusiya Nəqliyyat Nazirliyi bəyan etdi ki, zərbələr nə dəmir yolu körpüsünə, nə də avtomobil körpüsünün dirəklərinə ziyan vurub. Körpü üzərindən dəmir yolu hərəkəti partlayışdan bir neçə saat sonra bərpa olunub. İşğal olunmuş Krımdan qaçan rus “turistləri” çox güman ki, nəqliyyatın hərəkətini çətinləşdirib, yarımadadan Zaporojye və Xerson vilayətləri ərazisindəki “arxa ərazilərində” Rusiya logistikasına mane olub. İşğalçı hakimiyyət mülki şəxslərdən ağır nəqliyyat problemlərini yüngülləşdirmək üçün alternativ çıxış yollarını nəzərdən keçirməyi xahiş edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov ölkənin insidentdə iştirakı ilə bağlı şərh verməkdən imtina edib.