İndi Krım körpüsü kritik əhəmiyyət kəsb etmir, məhv etmək üçün daha prioritet hədəflər var.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı aviasiya eksperti Konstantin Krivolap deyib.
“Gəlin, bu körpünün dağıdılmasının simvolizmini və faktiki maddi-texniki dəyərini müəyyən edək. Onu hərbi baxımdan qiymətləndirsək, indi Krım körpüsü kritik maddi-texniki əhəmiyyət daşımır. Əsas silah-sursat Krım körpüsü ilə daşınmır, oradan olduqca az hissə göndərilir. Logistika məsələləri ilə birbaşa məşğul olan hərbi ekspertlər və analitiklər deyirlər ki, əsasən hər şey bərə ilə daşınır, qalanları Rostov, Taqanroq və s. istiqamətdən…” – deyə ekspert bildirib.